Dünya

Polşa, Latviya, Litva, Estoniya sərhədlərini Rusiya və Belarusa bağlayır

4 Aprel 2022 16:48
0 Şərh     Baxış: 2 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa, Latviya, Litva və Estoniya quru sərhədlərini Rusiya və Belarusa bağlayır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna infrastruktur nazirinin müavini Mustafa Naim bildirib.

Məlumata görə, Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiya və Belarusa məxsus yük maşınları üçün quru yolları tamamilə bağlayacaq, bununla da Rusiyanın tam təcridi həyata keçəcək.

"Ötən həftə biz rəsmi şəkildə Rusiya və Belarusun istənilən avtomobil yollarının bağlanması ilə bağlı müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verilib. Yekun nəticəni gözləyirik", - nazir müavinin qeyd edib.

Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bununla belə, Rusiya daşınmalar quru yolu ilə gerçəkləşdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.