Dünya

Roma Papası Kiyevə səfər etmək istəyir

2 Aprel 2022 18:48
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası Fransisk Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, katolik kilsəsinin rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski və şəhər meri Vitali Kliçko, eləcə də Ukraynanın dini rəhbərliyi tərəfindən martın 8-də Ukraynaya dəvət edilib.

Qeyd olunub ki, səfər baş tutarsa, bu işğalın başlamasından sonra Ukraynaya ən yüksək səviyyəli səfər olacaq.

Vatikan Ukraynadan dəvət məktubu qəbul etdiyini təsdiqləyib və Papanın ukraynalılar üçün dua etdiyini bildirib, lakin səfər planı ilə bağlı heç bir məlumat verməyib.

Bu gün Papa Fransisk Romadan Maltaya uçuşu zamanı təyyarədə reportyorun səfəri nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualını cavablandırıb.

"Bəli, bu məsələ masa üzərindədir", - Roma Papası əlavə detalları açıqlamadan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.