Dünya

“Ukrayna Zelenski ilə Putinin görüşünə hazırdır” - Kuleba

1 Aprel 2022 23:20
1 Şərh     Baxış: 1 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında keçirilən danışıqlarda "düzgün ab-hava" yaradıb".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirilən brifinqdə deyib. 

"Biz Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Tam səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün olub. Bu, birmənalı müsbət qərardır.

Türkiyə diplomatiyasının bu uğurlarını nəzərə alsaq, Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşkil oluna bilsə, biz bu təşəbbüsü yalnız alqışlayacağıq", - deyə Kuleba çıxışında bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.