Dünya

Almaniya Litvaya “Ozelot” yerləşdirib

2 Aprel 2022 20:14
0 Şərh     Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya bu həftə ərzində Litvaya "Ozelot" özüyeriyən hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli radioya açıqlamasında bildirib.

"Dəyişən təhlükəsizlik vəziyyətinə reaksiya kimi HHM sistemləri əlavə Almaniya qoşunları ilə birlikdə Litvaya yerləşdirilib", - nazir deyib.

Arvidas Anusauskas Litvaya nə qədər "Ozelot" HHM sisteminin və əlavə Almaniya hərbçilərinin yerləşdirilməsi ilə bağlı dəqiq say açıqlamayıb.

Qeyd edək ki, Litvanın Rukla şəhərinə yerləşdirilmiş "Ozelot" HHM sisteminin "Stinger" raketləri ilə təchiz edildiyi və 20 kilometr məsafədə hədəfləri müəyyən etmək qabiliyyətinə malik olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.