Dünya

Ruslar strategiyalarını dəyişib - Yermak

31 Mart 2022 20:24
0 Şərh     Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiyanın cəbhənin müəyyən bölgələrində qoşunların çıxarılması ilə bağlı bəyanatlarının real təsdiqini görmür.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

"Hesab edirik ki, onlar plan və strategiyalarını dəyişiblər. Amma bu, təəssüf ki, müharibənin dayandırılması demək deyil. Deyə bilərəm ki, vəziyyət olduqca ağır olaraq qalır. Xüsuslə humanitar vəziyyət çox pisdir", - Yermak bildirib.

Onun sözlərinə görə, ən pis humanitar vəziyyət Mariupol şəhərindədir:

"Orada insanlar acından, susuzluqdan ölürlər, amma ruslar onlara şəhərdən çıxmağa icazə vermirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.