Dünya

Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər - FOTO

31 Mart 2022 12:00
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımda olan əmlakı milliləşdirilə bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.

Məlumata görə, Zelenskinin Livadiya şəhər tipli qəsəbəsində olan mənzilləri də milliləşdirilməli olan əmlaklar siyahısına daxil ediləcək.

Bildirilir ki, burada söhbət Volodimir Zelenskinin həyat yoldaşı Yelena tərəfindən 2013-cü ildə Krım hələ Rusiyanın tərkibinə daxil olmadığı dövrdə Yalta bölgəsində alınan mənzildən gedir. Həmin daşınmaz əmlakın mövcudluğu barədə 2019-cu ildə Ukraynada seçkiqabağı kampaniya zamanı məlum olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.