Dünya

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb

30 Mart 2022 10:48
0 Şərh     Baxış: 1 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukrayna xalqı Rusiyanın hərbi müdaxiləsinə 35 gündür müqavimət göstərir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılan əməliyyat məlumatında bildirilib.

"Rusiya Silahlı Qüvvələri Cənubi Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb.

4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.

Zaporojya və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir.

Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Bu il aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq.

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır. Rusiyanın 47-ci tank divizyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankı, 7 zirehli texnikası, 2 avtomobili və tankəleyhinə silahı məhv edilib. Rəqib çoxlu sayda canlı qüvvə itirib", - məlumatda bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.