Doqquz yaşlı daun sindromlu qız Britaniyanın "Burberry" brendinin reklam kampaniyasının çəkilişlərində iştirak edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fotosessiya zamanı Roni Litman dəbdəbəli moda evinin yeni yaz-yay kolleksiyasından qəhvəyi-bej rəngli damalı kostyumda və eyni rəngli ayaqqabıda çəkilib.
Bununla yanaşı, azyaşlı "River Island", "Asda George" və "TJ MAXX" kimi digər tanınmış brendlərlə əməkdaşlıq etməyə başlayıb.
Roninin 46 yaşlı anası Şelli böyük bir şirkətin siması olmaq təklifi alan qızı ilə fəxr etdiyini bildirib.
Milli.Az