Dünya

Avropa Komissiyası bəzi rus iş adamlarına verilən Avropa pasportlarının ləğvini tələb edib

30 Mart 2022 07:11
0 Şərh     Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə sanksiya tətbiq edilmiş Rusiya və Belarus vətəndaşlarına verilmiş "qızılı pasport"ları ləğv etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bolqarıstan, Kipr və Malta sərmayə qarşılığında vətəndaşlıq verərək hər il külli miqdarda vəsait əldə edirdi. Avropa Komissiyası bu praktikanın dayandırılmasını tələb edib. Oliqarxlar əsasən Kipr pasportu almağa maraq göstəriblər. Hazırda bu yolla neçə nəfərin Avropa vətəndaşlığı aldığı məlum deyil. Komissiya bildirib ki, adları sanksiya siyahısında olan rus iş adamlarına verilmiş Avropa pasportu ləğv edilməli və onların Şengen zonasında sərbəst hərəkəti dayandırılmalıdır. Üzv ölkələrdən "investisiya qarşılığında vətəndaşlıq" prinsipini ləğv etmək tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.