Dünya

"Bu gün, bu ay qırılma baş verdi" - Zelenski

28 Mart 2022 07:19
0 Şərh     Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatına müsahibə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, dövlət başçısı müharibə başlayandan sonra rus xalqına münasibətinin dəyişdiyini açıqlayıb.

"Bir prezident kimi praqmatik davranmalı olsam da, fevralın 24-dən sonra münasibətim pisləşib. Həm də çox güclü şəkildə. Rusiya xalqına, Rusiya Federasiyasına olan düşüncəmin emosional tərkibi itib. Hətta xalqa da", - deyə Zelenski vurğulayıb.

Zelenski bildirib ki, dövlət başçısı seçilərkən müharibəni dayandırmaqla yanaşı təbliğatla da mübarizənin vacib olduğunu başa düşüb: "Bu gün, bu ay tarixi və mədəni qırılma baş verdi. Bu sadəcə müharibə deyil. Hesab edirəm ki, daha pisdir. Məndə dərin təəssüf hissi yaranır ki, müxtəlif səbəblərə görə Rusiyada əhalinin əksəriyyəti Rusiyanı dəstəkləyir. Mən hələ beyin yuylumasından danışmıram" - deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.