Dünya

Bayden Ukraynadakı müharibənin müddəti barədə proqnoz verib

27 Mart 2022 12:10
0 Şərh     Baxış: 1 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə və ya bir aya qalib gələ bilməyəcəyik".

Milli.Az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Cozef Bayden deyib.

ABŞ Prezidenti deyib ki, indi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır. "Hazırda Ukraynada azadlıq və repressiya arasında mübarizə gedir", - Amerika lideri bildirib.

"Rusiya dünyada ən ağır cəza sanksiyaları altındadır və bundan sonra yeni sanksiyalar tətbiq olunacaq", - Ağ Ev başçısı vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.