Ukraynada müharibədə 139 uşaq ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram"-dakı paylaşımında bildirilib.
Qeyd edilib ki, Rusiyanın Ukraynaya hücumundan sonra ötən dövr ərzində 205 uşaq da yaralanıb.
Bombalanma nəticəsində 733 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 74-ü tam dağılıb.
Milli.Az