Ukraynada müharibədə 139 uşaq ölüb

27 Mart 2022 10:42

Ukraynada müharibədə 139 uşaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram"-dakı paylaşımında bildirilib.

Qeyd edilib ki, Rusiyanın Ukraynaya hücumundan sonra ötən dövr ərzində 205 uşaq da yaralanıb.

Bombalanma nəticəsində 733 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 74-ü tam dağılıb.

Milli.Az