Dünya

Zelenski Qərbi tənqid edib: “Yoxsa Rusiya tanklarını gözləyirsiniz?”

27 Mart 2022 10:12
0 Şərh     Baxış: 2 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Volodimir Zelenski Rusiya raketlərinin NATO üzvü olan Polşa ilə sərhədə zərbə endirdiyi üçün Qərb tərəfdaşlarını Ukraynaya hərbi yardıma daha ciddi yanaşmağa çağırıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Zelenski bu barədə brifinq zamanı bildirib.

Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, Avropa əhalisinin böyük əksəriyyəti Qərb tərəfdaşlarının Ukraynaya daha çox hərbi yardım göstərməsinin tərəfdarıdır.

"Kimsə inanmırsa, qoy dünyadakı hazırkı rəy sorğusuna baxsın. Əgər xalqın mövqeyini eşitmək istəmirsinizsə, onda Rusiya raketlərinin Polşa sərhədinə çox yaxın olan zərbələrinin səslərini eşidin. Yoxsa siz Rusiya tanklarının gurultusunu gözləyirsiniz?", - Zelenski sual verib.

Ukrayna lideri həmçinin kifayət qədər tank və təyyarə olmadan Mariupolun Rusiya işğalından azad edilməsinin mümkünsüzlüyünü bildirib.

Zelenski Qərbi Ukraynaya yardımı artırmağa çağırıb. O cümlədən NATO ölkələrinin hərbi texnikasının 1%-nin verilməsini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.