Dünya

Ukrayna ordusu Xersonda əməliyyata başladı: Şəhər bu gün azad oluna bilər

26 Mart 2022 18:18
0 Şərh     Baxış: 3 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski "BBC Radio 4"un efirində danışıb.

"İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq.

M.Lubkivski əlavə edib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb:

"Buna görə də silahlı qüvvələrin digər hissəsi hazırda ölkənin cənub bölgəsində cəmlənib, onlar Xersonu və bəzi digər şəhərləri geri almağa çalışırlar", - Ukrayna müdafiə nazirinin müşaviri bildirib.

Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Xerson şəhərini ələ keçirdiyini açıqlamışdı. Bununla belə, şəhərdə Rusiya hərbçilərinin əleyhinə mütəmadi şəkildə mitinqlər keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory