Dünya

Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

25 Mart 2022 16:03
0 Şərh     Baxış: 1 037
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya qüvvələrinin Ukraynadakı itkiləri 16 min nəfəri ötüb.

Milli.Az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində məlumat yayıb.

"O cümlədən, fevralın 24-dən martın 25-dək düşmənin ümumi döyüş itkiləri təxminən belə olub: şəxsi heyət - 16 min 100 nəfər, tanklar - 561 ədəd, zirehli döyüş maşınları - 1 min 625 ədəd, artilleriya sistemləri - 291 ədəd, raket sistemləri - 90 ədəd, hava hücumundan müdafiə sistemləri - 49 ədəd, təyyarələr - 115 ədəd, helikopterlər - 125 ədəd, avtomobil texnikası - 1089 ədəd, gəmilər/qayıqlar - 5 ədəd, yanacaq-sürtkü materialları olan çənlər - 72, PUA-nın əməliyyat-taktiki səviyyəsi - 53, xüsusi texnika - 18", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.