Dünya

Ötən gecə Ukraynanın 60 hərbi obyekti vurulub - Rusiya MN

24 Mart 2022 14:52
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hava Kosmik Qüvvələri ötən gecə Ukraynanın 60 hərbi obyektini vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib

"Əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə Ukraynanın 60 hərbi obyektinə zərbələr endirib. Onların arasında iki komanda məntəqəsi, iki reaktiv yaylım atəşi sistemi, dörd silah-sursat anbarı, Ukrayna Silahlı Qüvvələrinin 47 silah və hərbi texnikasının toplandığı ərazi var", - deyə Rusiya MN rəsmi nümayəndəsi vurğulayıb.

Konaşenkov onu da əlavə edib ki, ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.