Dünya

ABŞ Rusiyanın G20-dən çıxarılması təşəbbüsü ilə çıxış edir

24 Mart 2022 09:34
0 Şərh     Baxış: 777
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz.

"Konkret qurumlar və konkret həll yolları ilə bağlı biz müttəfiqlərimizlə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istərdik", - Cozef Baydenin müşaviri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.