Dünya

Zelenski NATO rəhbərliyindən Alyansa üzvlük məsələsində yox cavabı alıb

20 Mart 2022 20:36
1 Şərh     Baxış: 1 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər Ukrayna NATO-ya qəbul edilsəydi, Rusiya bu ölkədə hərbi əməliyyata başlamazdı".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Əgər biz NATO üzvü olsaydıq, müharibə başlamazdı. Mən ölkəm, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istərdim. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, o zaman bizi dərhal qəbul edin, çünki insanlar hər gün ölür", - deyə Zelenski bildirib.

Ukraynalı lider Alyans rəhbərləyinə birbaşa müraciət etdiyini və ondan ölkəsinin NATO-ya üzvlük məsələsində qəti qərar qəbul etməsini tələb edib.

O, qeyd edib ki, şəxsən Alyans rəhbərliyindən xahiş edib ki, NATO-ya üzvlük məsləsində bir, iki və ya beş ildən sonra qəbul edəcəyini birbaşa desin və ya sadəcə olaraq açıq şəkildə "yox" desin.

"Siz NATO-ya üzv olmayacaqsınız, amma rəsmi olaraq qapılar açıq qalacaq",- deyə Zelenski müsahibəsində bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.