Dünya

847 dinc sakin Rusiya-Ukrayna müharibəsinin qurbanı olub

20 Mart 2022 13:06
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 847 dinc sakin ölüb, 1 399-ü isə yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi yayıb.

Bildirilib ki, real rəqəmlər bundan çox ola bilər. 3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb.

Qeyd edək ki, yerli hakimiyyət təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.