Dünya

Rusiya Ermənistandakı bazadan Ukraynadakı müharibəyə bölmələr köçürməyi planlaşdırır

18 Mart 2022 22:25
0 Şərh     Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyası Ermənistandakı Rusiya bazasından ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə köçürməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" sosial şəbəkəsində saat 18:00-a olan əməliyyat məlumatında paylaşım edib.

"Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə keçirilməsini planlaşdırır", - məlumatda deyilir.

Ayrı-ayrı rus hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan imtina etməsi təsdiq edir ki, bu da Ukrayna müdafiə qüvvələri ilə toqquşmalardan sonra Rusiya hərbçilərinin mənəvi-psixoloji durumunun aşağı olması ilə bağlıdır.

"Beləliklə, xüsusən də Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın rusiyalı hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib", - deyə məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiya qoşunlarının şəxsi heyətinin ruhdan düşdüyünü, intihar və özünü yaralamaq hallarının tez-tez artdığını qeyd edir.

"Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının 45-ci xüsusi təyinatlı briqadasının komandiri, polkovnik Vadim Pankovun istefaya göndərilməsi planlaşdırılır. O, Qostomel aerodromunda döyüş tapşırığını yerinə yetirməməkdə təqsirləndirilir", - deyə məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.