Şimali Atlantika Alyansı Rusiya-NATO Təsis Aktına əməl etməyə davam edir və ona uyğun olaraq şərq cinahını gücləndirir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Biz, NATO ölkələri, keçmişdə hər dəqiqə Rusiya-NATO Təsis Aktını açıq-aydın və dəqiq şəkildə dəstəkləmişik və indi də dəstəkləməyə davam edirik", - deyə XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri şərq cinahda təhlükəsizliyin gücləndirilməsi üçün zəmin yaradıb və bu, tamamilə akta uyğun olaraq baş verir.
Milli.Az