Dünya

20-yə yaxın deputat Ukraynadan qaçıb

15 Mart 2022 14:06
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20-yə yaxın Ukrayna xalq deputatı hazırda xaricdədir.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko telekanalların birgə efirində bildirib.

"Müxtəlif rəqəmlər var, indi dəqiqləşdirməyəcəyəm... 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur, - Korniyenko bildirib.

O əlavə edib ki, 9 xalq deputatı Avropa Şurasında ezamiyyətdədir.

Qaçaq xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur. Xidmət onlarla kollaborantlar haqqında qanun qüvvəyə minən kimi məşğul olacaq.

Bundan əvvəl Radanın sədri Ruslan Stefançuk Ukrayna ərazisini tərk edən xalq deputatlarının satqın hesab ediləcəyini bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.