Dünya

Nazarbayevin qardaşı oğlu həbs olundu

15 Mart 2022 10:18
0 Şərh     Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını iki ay müddətinə həbs edib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin Mətbuat xidməti yayıb.

Xatırladaq ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları martın 13-ü Kayrat Satıbaldıulını vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsində şübhəli bilərək saxlayıb.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki "Əmanət" partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.