Dünya

Xarkovun mərkəzində hava hücumu: dəhşətli VİDEO

14 Mart 2022 14:50
1 Şərh     Baxış: 3 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarkovun mərkəzində hava zərbəsi nəticəsində dörd mərtəbəli yaşayış binası dağılıb.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti nəticələrin videosunu dərc edərək bildirib.

"Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin bölmələri axtarış işləri aparır: 22 nəfər və 5 texnika cəlb olunub.

"Daha bir obyekt indicə dağıdılıb, mülki obyektdir, Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən yaşayış binasıdır. Demək olar ki, tamamilə dağılıb. İndi xilasedicilər, bizim kommunal xidmət orqanlarımız dağıntıları aradan qaldırmaq üçün artıq orada işləyirlər. Vəziyyət belədir, gərgin. Lakin biz təslim deyilik və təslim olmaq fikrində deyilik", - şəhərin meri İqor Terexov bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.