Dünya

Rusiyalı milyarderin 578 milyonluq yaxtası müsadirə olundu - FOTO

12 Mart 2022 09:18
0 Şərh     Baxış: 1 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Maliyyə Qvardiyası Rusiyanın "Yevroxim" korporasiyasının və SUEK daş kömür-energetika şirkətinrin sabiq sahibi Andrey Melniçenkonun superyaxtasına həbs qoyub.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar çərçivəsində müsadirə edilmiş süperlüks yaxtanın dəyəri 578 milyon dollardır.

"A" adlı, su tutumu təqribən 13 min ton, uzunluğu 150 metr olan və 2008-ci ildə istehsal edilmiş yaxta dünyanın ən böyük motoseylerlərindən biri sayılır.

Yaxtanın layihə müəllifi fransız sənaye dizayneri Filipp Starkdır.

Bloomberg Billionaires Index-ə görə, A.Melniçenkonun sərvəti 19,5 milyard dollardır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.