Dünya

Rusiyada böhrandan çıxmaq üçün 1 triliyon rubl tələb olunur

11 Mart 2022 08:21
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya iqtisadiyyatına sanksiyaların təsirindən çıxmaq üçün 1 trilyon rubldan çox vəsait lazım olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, "İzvestiya" qəzeti bu barədə Nazirlər Kabinetinin plan layihəsinə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, bu vəsaitin böyük hissəsi sosial dəstəyə, daha doğrusu məşğulluğun stimullaşdırılmasına və işsiz qalanlara yönləndiriləcək. Kiçik və orta biznesə kömək üçün 23,3 milyard rubl, sənayeni dəstəkləmək üçün isə 20 milyard rubl ayrılacaq.

Əmanətlərin sığortalanması həddinin 1,4 milyon rubldan 2 milyon rubla qədər artırılması da nəzərdən keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.