Dünya

Avstriya məcburi vaksinasiyanı ləğv edir - VİDEO

10 Mart 2022 17:54
1 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriya fevralın əvvəlində tətbiq edilən COVID-19-a qarşı məcburi vaksinasiyanı müvəqqəti olaraq ləğv edir.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, Konstitusiya məsələləri üzrə nazir Karolin Edtstadlerin sözlərinə görə, bu tədbir yersiz hesab edilib.

Beləliklə, hökumət omikron variantının mülayim təbiətinə görə, hazırda kovid-ə qarşı universal məcburi peyvənd kampaniyasını davam etdirməyə təcili ehtiyac görməyən ekspert komissiyasının tövsiyəsinə əməl edir.

Bu qərar üç aydan sonra səlahiyyətli orqanlar tərəfindən nəzərdən keçiriləcək.

Məcburiyyətin dayandırılması həm də peyvənddən imtina edənlər üçün hələ tətbiq olunmamış və məbləği 3600 avroya çatan cərimələrin ləğvini nəzərdə tutur.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.