ABŞ Dövlət katibi Entoni Blinkenlə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında paylaşım edib.
"Blinkenlə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək addımlar barədə danışdım. Rusiyaya qarşı yeni sərt sanksiyalar paketinə görə ABŞ-a minnətdarıq.
Rusiya ukraynalılara qarşı qəddar təcavüzünü və barbar müharibə cinayətlərini dayandırana qədər təzyiqlər artırılmalıdır", - XİN rəhbəri qeyd edib.
Milli.Az