Dünya

Türkiyədə sunami ola bilər

8 Mart 2022 06:22
0 Şərh     Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boğaziçi Universiteti Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Regional Zəlzələ-Tsunami İzləmə və Qiymətləndirmə Mərkəzi müdiri Doğan Kalafat Türkiyənin Muğla-Antalya bölgəsində baş verə biləcək güclü zəlzələdən sonra sunami ola biləcəyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bölgədə 6 baldan yuxarı zəlzələ yaşanarsa sunami təhlükəsi mövcuddur.

Alimin fikrincə, bu zaman dalğaların hündürlüyü təxminən 3 metrə çatacaq.

"Əsasən Egey və Aralıq dənizi bizim üçün daha risklidir. Cənub-qərb sahillərimizdə, Krit, Muğla, Gökova, Fethiye və Antalya ətrafında 3 metrdən yuxarı sunami ehtimalı var", - deyə mütəxəssis qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.