Dünya

Rusiyalı diplomatların təxliyəsi üçün ABŞ-a təyyarə göndərilib

6 Mart 2022 14:45
0 Şərh     Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı diplomatları vətənə qaytarmaq üçün Vaşinqtona yollanan İl-96 tipli təyyarənin bir neçə saat sonra ABŞ-ın paytaxtına enməsi gözlənilir.

Milli.Az APA-ya istinadən bildirir ki, təyyarə deportasiya olunan rusiyalı diplomatları və onların ailələrini Moskvaya gətirməlidir. Rəsmi Vaşinqton hava məkanını Rusiya təyyarələrinə bağlasa da, bu reys üçün xüsusi icazə verilib. Məqsəd təxliyə prosesini sürətləndirməkdir.

Rəsmi Vaşinqton BMT-də çalışan 12 rus diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb. Rusiya XİN-in məlumatına görə, bu təşkilatda yüzdən çox rusiyalı diplomat işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.