Dünya

Ukraynaya xəyanət ittihamı ilə həbs olundu - 80 min dollar alıb

6 Mart 2022 12:15
0 Şərh     Baxış: 1 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləyən deputat köməkçisi saxlanılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Rəsmi məlumatda həmin şəxsin adı açıqlanmasa da, "Ukrainska pravda"nın mənbələrinə görə, bu, deputat Yuri Zdebskinin köməkçisidir. 

O, pul müqabilində qarşı tərəfə dövlətin müdafiə qabiliyyəti barədə məlumat verib.

Deputat köməkçisi dövlətə xəyanətdə ittiham olunur. Onun Rusiya FTX-dən 80 min dollar aldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.