Dünya

ABŞ Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə sanksiya tətbiq edib

4 Mart 2022 13:28
0 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ticarət Nazirliyi Ukrayna ətrafında ixracata nəzarə rejimini sərtləşdirmək üçün Rusiya ilə əlaqəsi olan 91 təşkilat və fiziki şəxsə sanksiya tətbiq edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu məlumat ABŞ hökuməti Federal Reyestrinin elektron bazasında yerləşdirilib.

"ABŞ hökuməti hesab edir ki, bu subyektlərin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına ziddir. Onlar Rusiya təhlükəsizlik xidmətini hərbi və müdafiə, eləcə də hərbi və müdafiə araşdırmaları sahələrində bu və ya başqa şəkildə dəstəkləyib", - deyə sənəddə bildirilib.

Məlumata görə, sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib. Qalanları isə Rusiyadan xaricdə, Beliz, Böyük Britaniya, İspaniya, Qazaxıstan, Latviya, Malta, Sinqapur, Slovakiya və Estoniyada qeydiyyata alınıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.