Dünya

Tümen yaxınlığında neft anbarı yanıb - VİDEO

3 Mart 2022 14:00
0 Şərh     Baxış: 927
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tümen vilayətində neft bazasında yanğın baş verib.

Milli.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Tümen vilayətinin Tobolsk rayonundakı neft bazasında yanğınla bağlı xəbər Moskva vaxtı ilə saat 18:44-də daxil olub. Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib.

Koordinasiyalı tədbirlər sayəsində yanğınsöndürənlər alovun böyüməsinə imkan verməyiblər.

Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.