Dünya

Ukraynanın Baş Komandanı: “Rusiya Ordusu taktiki təşəbbüsü itirib”

2 Mart 2022 10:48
0 Şərh     Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya qüvvələri Kiyevi şimal və şimal-qərb istiqamətindən mühasirəyə almaq üçün hücum cəhdlərini davam etdirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı öz Facebook səhifəsində yazıb.

"Podolsk istiqamətində düşmən zirehli texnika ilə Qoreniçi, Qostomel, Demidova doğru irəliləyərək Kiyevi şimal və şimal-qərbdən mühasirəyə almağa çalışır".

Ukrayna tərəfi Rusiya hərbçilərinin Xerson və Nikolayev şəhərləri istiqamətində irəlilədiklərini, Mariupol şəhərini mühasirəyə almağa çalışdıqlarını açıqlayıb.

Baş Qərargah Rusiya Ordusunun heç bir istiqamətdə ciddi uğur əldə edə bilmədiyini bildirib."Düşmənin mənəvi durumu və qələbə əzmi şiddətli müqavimətinə görə sürətlə azalır. İşğalçılar bütün istiqamətlərdə itki verirlər", - deyə açıqlamada deyilir.

Ukrayna Ordusunun Baş Komandanı Valeri Zalujnı isə böyük itkilər səbəbilə Rusiya Ordusunun səfərbərlik elan edərək ehtiyat qüvvə topladığını bildirib.

"Düşmən taktiki təşəbbüsü itirib və hücum tempini azaltmalı olub", - deyə Zalujnı qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.