Dünya

Xarkovda yaşayan Ülkər - Ərzaq və dərman qıtlığı yaşanır - VİDEO

1 Mart 2022 11:18
Baxış: 2 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada olan Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyəsi başlayıb. Oradan bir qrupu gətirən təyyarə bu gün səhər saatlarında bakıya eniş edib.

Ölkəmizin Moldovadakı səfiri Qudsi Osmanov "Xəzər Xəbər"ə bildirib ki, bu gecə daha 174 nəfərin Bakıya gətirilməsi nəzərdə tutulub. "Xəzər Xəbər" Ukraynada qalan digər vətəndaşlarımızla da əlaqə yaradıb. Bu şəhərdə vəziyyət gərgin olaraq qalır. Gecəni zirzəmidə keçirən həmyerlilərimiz  ərzaq və dərman qıtlığının yaşandığını bildirir.

Ukraynada yaşayan Azərbaycanlılar digər insanlar kimi təhlükədən qorunmaq üçün binaların zirzəmisinə sığınıblar. Görüntülər əsas döyüşlərin getdiyi yerlərdən biri olan Xarkov şəhərindəndir.

4 ilə yaxındır ki, Xarkov şəhərində yaşayan Zərdab rayon sakini Ülkər Allahverdiyeva deyir ki hazırda ciddi ərzaq problemi ilə üzləşiblər...Onlarla birlikdə daha 60-a yaxın ailənin təhlükəli vəziyyətlə üz-üzə qaldığını bildirir. Bu ailələr xüsusən gecə saatlarında zirzəmilərə üz tuturlar..

Polşa azərbaycanlıları şurasının idarə heyətinin üzvü Nicat Həsənli Xəzər Xəbərə bildirib ki ukraynada olan vətəndaşlarımızın bu ölkəyə də təxliyəsi davam edir. Polşa tərəfi  8 keçid məntəqəsini həmyerlilərimiz üçün açıb..

Ukraynadakı vəziyyətlə əlaqədar Moldovaya gələn daha 174 azərbaycanlı isə bu gün Rumıniyaya gətirilib. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib ki həmin şəxsləri ölkəmizə gətirəcək təyyarə  bu gecə bakıya eniş edəcək.

Qeyd edək ki bu gün səhər saatlarında azərbaycan vətəndaşlarından ibarət ilk qrup çarter reysi ilə ölkəmizə gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.