Dünya

Putin müharibəni dayandırmaq üçün şərtləri açıqladı

28 Fevral 2022 19:58
Baxış: 7 887
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla danışığının təfərrüatlarını açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Putin Makronla telefon danışığı zamanı bildirib ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.

"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür", - Kremlin məlumatında qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.