Qara dənizdə Ukraynaya məxsus İlan adasındakı dəniz piyadaları öldürülməyib, əsir götürülüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.
"Qardaşlarımızın sağ olduğunu öyrəndiyimiz üçün çox şadıq!", - bildirilib.
Diqqətə çatdırılıb ki, dəniz piyadaları iki dəfə rusların hücumlarını cəsarətlə dəf edib, silahlarının olmaması səbəbindən adanın müdafiəsini davam etdirə bilməyiblər.
Dəniz Qüvvələri Komandanlığından o da bildirib ki, dəniz piyadalarının ölümü və yaralanması ehtimal olduğu üçün fevralın 26-da Ukrayna humanitar missiya üçün adaya "Sapphire" mülki gəmisini göndərib, amma gəmi heyəti ruslar tərəfindən əsir götürülüb.
Bildirilib ki, əsir götürülən gəmi heyəti arasında iki keşiş də var.
Qeyd edək ki, Ukrayna tərəfi daha öncə ada ilə əlaqənin kəsildiyini, Rusiya hərbi gəmilərinin təslim tələbinə tabe olmayan 13 ukraynalı hərbçinin bombardman edildiyini bildirmişdi. Prezident Zelenski bu hərbçiləri Ukraynanın qəhrəmanı elan edib.
Milli.Az