Avropa Rusiyaya qarşı sanksiyalarla mübarizə apara bilər. Amma sanksiyalardan hər iki tərəf əziyyət çəkəcək.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post"da yayımlanan məqalədə deyilir.
"Sanksiyalar qurban tələb edir. Bəs Qərb bugünkü böhrana hazırlaşıbmı? Avropalılar Rusiyanın enerji təchizatından asılılığını azaltmaq əvəzinə, ehtiyatsızlıqla onu artırıblar. Rusiya kömürünün Avropaya ixracı kəskin artıb. Avropanın külək və günəş enerjisinə investisiyalarına baxmayaraq, 2014-cü ilin böhranından sonra Rusiyanın AB enerji bazarındakı payı 16,5%-dən 18,5%-ə yüksəlib. Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qərb ölkələri rəsmi Moskvaya olduqca ciddi sanksiyalar tətbiq edib. Gəlin, bir anlıq düşünək. Sanksiyalar Putinə və Rusiya elitasına bir az zərər verəcək, lakin onlar artıq buna hazırlaşıblar. Başa düşməliyik ki, Putin diktator olduğu üçün sanksiyaların onu məğlubiyyətə aparacağına inanmır. O, ölkəyə rəhbərlik edir və birbaşa pul haqqında düşünmür. Onun üçün pul güc alətidir, Amerikanın düşmənlərinə rüşvət vermək və onları maliyyələşdirmək üçün vasitədir. Onu bu puldan məhrum etmək vacibdir ki, hakimiyyətini maliyyələşdirə bilməsin. O, SSRİ-ni yenidən yaratmaq və onun özü idarə etmək, həm də Amerikadan, Qərbdən, NATO ölkələrindən qisas almaq istəyir. Təbliğat, eləcə də sağ cinahdan çıxan faydalı axmaqlar onun əsas silahıdır".
Milli.Az