Dünya

Aİ Rusiya banklarını SWIFT-dən çıxaracaq

28 Fevral 2022 07:11
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılması və Rusiya Bankının aktivlərinin dondurulması barədə razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

O qeyd edib ki, Aİ mərkəzi bankların sabah işə başlamazdan əvvəl sanksiyalar siyahısını təsdiqləməyə çalışacaq.

Bundan əlavə, J.Borrelin sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri şəxsi sanksiyalarının şamil olduğu Rusiya Federasiyasından olan şəxslərin siyahısını genişləndirmək barədə razılığa gəliblər.

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı öz hava məkanını Rusiyadan gələn təyyarələr üçün bağlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.