Dünya

Avropanın daha iki ölkəsi Rusiya üçün hava məkanını bağlayır

27 Fevral 2022 17:49
0 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Niderland və Fransa da öz hava məkanını bağlayacaq.

Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.

Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.