Dünya

Ukrayna tərəfi özü Qomeli Rusiya ilə danışıqlar yeri kimi təklif edib - Peskov

27 Fevral 2022 15:02
2 Şərh     Baxış: 1 552
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna tərəfi özü Belarusun Qomel şəhərini Rusiya ilə danışıqlar yeri kimi təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qomel şəhərini danışıqlar yeri kimi məhz Ukrayna tərəfi təklif edib. Artıq dediyimiz kimi, Rusiya nümayəndə heyəti yerindəcə bu danışıqlara hazırdır", - Kremlin sözçüsü bildirib.

Peskov bildirib ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.

"Yaxın vaxtlarda o, müvafiq bəyanatla çıxış edəcək", - Rusiya liderinin sözçüsü bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.