Dünya

Rusiya hərbi bölmələri Xarkova daxil oldu - VİDEO

27 Fevral 2022 10:22
0 Şərh     Baxış: 2 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbi bölmələri Ukraynanın Xarkov şəhərinə hücumlarını davam etdirir.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya zirehli bölmələri müxtəlif istiqamətlərdən Xarkova daxil olur.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli isə bildirib ki, bu dəqiqələrdə şəhər yenidən artilleriya atəşinə tutulur.

Ukrayna Daxili İşlər Nazirliyi də Rusiya hərbi qüvvələrinin Xarkova daxil olduğu barədə məlumat yayıb.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov isə şəhərdə küşə döyüşlərinin getdiyini bildirib və əhalini evlərində qalmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.