Dünya

Mask Ukraynanın “Starlink” peyk internetinə çıxışını təmin edib

27 Fevral 2022 09:30
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı milyarder İlon Mask Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin "Starlink" peyk internetinə çıxışını təmin edib.

Milli.Az xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov deyib.

"Tesla Inc." şirkətinin rəhbəri İlon Mask isə xəbəri təsdiq edib: ""Starlink" xidmətləri artıq Ukrayna üçün əlçatandır. Növbəti dəfə daha çox terminallar", - Mask, tviterdə yazıb.

Qeyd edək ki, Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov "Tesla Inc." şirkətinin rəhbəri İlon Maskdan ölkəsinin "Starlink" peyk internetinə çıxışın təmin edilməsi ilə bağlı xahiş etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.