Dünya

Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək

27 Fevral 2022 09:48
0 Şərh     Baxış: 1 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Agence France-Presse" Fransa Baş Qərargahına istinadən xəbər verir.

Qeyd olunub ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək. Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd "Mirage 2000-5" qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir.

Polşa üzərində uçuşlarda isə 600-ə yaxın hərbçi də iştirak edir. Fevralın 24-dən uçuşlar gündə iki dəfə həyata keçirilir. Bundan əlavə, təxminən 8000 fransız əsgəri NATO-nun çevik reaksiya qüvvələrinin bir hissəsi kimi hazır vəziyyətdədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.