Dünya

Daha iki ölkə Rusiya təyyarələri üçün hava məkanını bağlayır

26 Fevral 2022 21:39
0 Şərh     Baxış: 1 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya rəsmi olaraq hava məkanını Rusiya təyyarələri üçün bağlayır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "TASS"a Rusiya aviaşirkətlərindən birindəki mənbə bildirib.

"Latviya hava məkanını bağlayıb, biz müvafiq NOTAM-ı almışıq", - agentliyin həmsöhbəti bildirib.

Rumıniya hökumətinin mətbuat katibi Dan Karbunaru da ölkə səmasının Rusiyaya bağlanması ilə bağlı qərarın verildiyini bildirib.

O qeyd edib ki, prosedur gün ərzində baş tutacaq. Onun sözlərinə görə, Rusiya təyyarələri üçün Rumıniya ərazisi üzərində uçuşlar da qadağan olunacaq.

Xatırladaq ki, hazırda Böyük Britaniya, Bolqarıstan, Çexiya və Polşa öz hava məkanlarını Rusiyaya bağlamaq qərarına gəliblər. Latviya, Litva və Estoniya da belə bir ehtimalı açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.