Dünya

Conson Rusiya və Ukraynaya öz dillərində müraciət etdi - VİDEO

26 Fevral 2022 11:50
1 Şərh     Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına çağırış etmək üçün videomüraciət ünvanlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, videomüraciət Boris Consonun rəsmi tviter hesabında paylaşılıb. O, çıxışı zamanı hər iki ölkəyə öz dillərində, yəni həm rus, həm də Ukrayna dilində səslənib. 

"İnanmıram ki, bu müharibə sizin adınızdandır", - deyə Conson rus dilində deyib.

Bunun ardınca, Baş nazir nitqini Ukrayna dilində davam etdirib: "Çünki dünyaya azad və suveren Ukrayna lazımdır". 

Conson öz videomüraciətində qeyd edib ki, davam edən hərbi əməliyyat həm Ukrayna, həm də Rusiya üçün faciədir. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin hərəkətləri Rusiyanın tam olaraq təcridinə gətirib çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.