Dünya

Rusiya bir neçə şəhəri ələ keçirib, 100 hərbçi itirib

24 Fevral 2022 18:35
0 Şərh     Baxış: 2 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Müdafiə Strategiyaları Mərkəzi ölkədəki vəziyyətlə bağlı hesabatı açıqlayıb.

Milli.Az "Ukrainskaya pravda"ya istinadən bildirir ki, hesabata görə, Rusiya Federasiyası hərbi əməliyyatlar nəticəsində 7 təyyarə, 4 helikopter, 10-dan artıq zirehli texnika və təqribən 100 hərbçi itirib.

Rusiya qoşunları Geniçesk və Novaya Kaxovkanı ələ keçiriblər.

Ukraynadakı hərbi infrastrukturun 60 obyektinə zərbələr endirilib. Rusiya 30 qanadlı "Kalibr" raketindən istifadə edib.

"Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov, Jitomir, Kiyev və Xerson vilayətlərində Ukraynanın dövlət sərhədlərini pozublar. Rusiyanın hazırda əsas hədəfi Xarkovdur. Dnepr çayı üzərindən Xersondakı körpüyə desant çıxarılıb. Rusiyanın məqsədi Şimali Krım kanalı vasitəsilə Krıma içməli su nəqlini bərpa etməkdir. Krımdakı işğalçı rejim içməli su almağa hazırlaşdığını bəyan edib.

Çerniqov vilayətində Rusiyanın irəliləyişi dayandırılıb. Sumı və Xarkov vilayətlərində düşmən 10-20 km irəliləyib.

Zmeinıy adasına hücum olub və qarşısı alınıb.

Bessarabiya əməliyyat rayonu və Qara dəniz əməliyyat zonasında Rusiyanın diversiya-kəşfiyyat qrupları fəaliyyət göstərir.

Krımdan RF qoşunları Melitopol və Xerson istiqamətində hərəkət edir.

Ukraynanın 40 sərhədçisi həlak olub və yaralanıb.

Hazırda Rusiya qoşunlarının əsas məqsədləri Kiyev və Mariupolu, habelə Xerson vilayətini ələ keçirməkdir. Eyni zamanda rus qoşunları Ukraynanı kapitulyasiyaya vadar etmək üçün əhali arasında xof yaratmağa çalışırlar", - hesabatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.