Dünya

Kiyevdə yaşayan soydaşımız: "Səhəri partlayış səsləri ilə açdıq" - VİDEO

24 Fevral 2022 14:42
2 Şərh     Baxış: 3 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz Ukraynanın paytaxtı Kiyevdə yaşayırıq. Səhəri partlayış səsləri ilə açdıq. Deyilənlərə görə, Borispol Beynəlxalq hava limanı tərəfdə də partlayış səsləri eşidilib. Ukraynanın başqa şəhərində də partlayışlar olub".

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Hamlet Paşayev deyib.

Ukraynadakı mövcud vəziyyətlə bağlı "İctimai" kanala müsahibə verən soydaşımız hazırda ölkədə insanların qorxudan vahiməyə düşdüyünü bildirib: 

"Hərbi obyektlər vurulur, insanlar qorxu və vahimə içərisindədir. Vətəndaşların çoxu Qərbi Ukraynaya axın edir. Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, ölkənin qərbində yerləşən İvano-Frankovsk hava limanı da partladılıb". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.