Dünya

Doğum evindən qaçırılan körpə 16 il sonra valideynlərinə qovuşdu

21 Fevral 2022 11:30
0 Şərh     Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın Qvadalaxara şəhərində özünü tibb bacısı kimi təqdim edən qadın doğum evindən yeni doğulmuş körpəni oğurlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2005-ci ilin dekabrında o zaman 22 yaşında olan Rosaliya Lopezin Salvador adlı oğlu dünyaya gəlib. Doğuşdan sonra Lopez bir müddət xəstəxanada olub, əri Yaser Makias mütəmadi olaraq ona baş çəkib. Səfərlərinin birində arvadı dincələn zaman Makias uşaqla tək qalıb. Bu zaman tibb bacısı içəri girərək ona deyib ki, ziyarət vaxtı bitib və o, uşağı yedizdirməyə aparmalıdır.

Beləcə, körpə oğurlanıb. Qaçırılan uşağı 16 yaşında ikən valideynlərin təsvir etməyə çalışdıqları eskiz sayəsində tapmaq mümkün olub. Çəkilən portretə bənzəyən gənc polisin diqqətini çəkib. Onun DNT-si yoxlanıb və Lopezin oğlu olduğu təsdiqlənib.

Nəticədə, yeniyetmə öz ailəsinə qovuşub. Lakin, eyni zamanda cinayətin üstü hələ də açılmamış qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.